Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşən daha 2 nəfərin meyiti tapılıb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, meyitlər gəminin batdığı ərazidən 1 km məsafədə 570 metr dərinlikdə tapılıb. Meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlar DNT analizi aparacaq. Digər itkinlərin axtarışı davam etdirilir.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olan 239 nəfər xilas olunub. Bu gün tapılanlar da nəzərə alınmaqla qəzada ölənlərin sayı 17-yə çatıb, itkin düşmüş sərnişin sayı isə 11-dir.
Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər saxlanılıb.
Report.