“Rusiya Dəmir Yolları”nın rəhbəri Ermənistana səfər edəcək, dəmir yolları üzrə konsessiya məsələsi müzakirə ediləcək

“Rusiya Dəmir Yolları”nın rəhbəri Ermənistana səfər edəcək, dəmir yolları üzrə konsessiya məsələsi müzakirə ediləcək

“Rusiya Dəmir Yolları”nın (RJD) rəhbəri Oleq Belozörov gələn həftə Ermənistana səfər edəcək, burada Ermənistan rəhbərliyi ilə dəmir yolları üzrə konsessiya məsələsini müzakirə edəcək.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

“Biz iş müzakirəsi aparacağıq və onun nəticələrindən müəyyən qənaətlərə gələcəyik”, – Paşinyan deyib.

Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun səsləndirdiyi Türkiyə və Azərbaycanla sərhəd dəmir yolu qovşaqlarının bərpasına dair rus tərəfinin təklifləri barədə suala cavab verən Paşinyan əlavə edib ki, bu işlərin aparılmasında Qazaxıstan şirkətlərindən biri də maraqlıdır.

Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə daha 10 il uzadılma hüququ ilə CJDY-nin konsessiya idarəçiliyinə verilib.

Mövcud rus konsessiyasının yenidən nəzərdən keçirilməsi mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. Mayda baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan hökuməti onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazırdır.

Paşinyan Moskvaya konsessiyanın dost üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin Rusiya Federasiyasının nəqliyyat naziri Andrey Nikitin sonradan bu məsələnin müzakirə olunmadığını bəyan edib.

Report.