Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib

Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib.

O, bu barədə Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı işgüzar assosiasiyalarının və maliyyə institutlarının rəhbərləri ilə görüşündə bildirib.

Tokayevin sözlərinə görə, platforma Almaniya və Avropa kapitalını Qazaxıstanın birgə maliyyələşdirməsi, zəmanət və risklərin bölüşdürülməsi mexanizmləri ilə birləşdirməyə imkan verəcək, “Bayterek” holdinqi isə layihələrin strukturlaşdırılmasını təmin edəcək.

Prezident vurğulayıb ki, Almaniya Qazaxıstanın Avropadakı əsas tərəfdaşlarından biridir və iki ölkənin iqtisadi əməkdaşlıq potensialı heç də tükənməyib.

Tokayev qeyd edib ki, son onillikdə Qazaxıstan regionda ən inkişaf etmiş rəqəmsal və maliyyə ekosistemi yaradıb. Ötən il inkişaf institutları tərəfindən iqtisadiyyata dəstəyin ümumi məbləği 20 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, Qazaxıstan İnkişaf Bankı Almaniyanın maliyyə institutlarının dəstəyi ilə sənaye, energetika və nəqliyyat infrastrukturu sahəsində layihələrin maliyyələşdirilməsi üçün “Deutsche Bank”, “Helaba”, LBBW, “Commerzbank”, KfW və digər təşkilatlardan 1,2 milyard dollardan çox vəsait cəlb edib.

Report.