Parisdə Amerika bankına təşkil olunmuş, lakin qarşısı alınmış hücumun təşkilatçısı olmaqda şübhəli bilinən İraq vətəndaşı Türkiyədə saxlanılıb.
Saxlanılma barədə məlumatı ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) fransız müstəntiqlərə verib.
Məhəmməd A.S. kimi tanınan şübhəli mayda saxlanılıb, lakin Fransa hakimiyyəti bu barədə yalnız iyulun sonlarında məlumat alıb.
O, Avropanın müxtəlif ölkələrində ABŞ və İsrail hədəflərinə qarşı 18 hücumun planlaşdırılmasında iştirak edə bilər. Müstəntiqlər həmçinin onun “Kataib Hizbullah” da daxil olmaqla radikal qruplarla əlaqələrini saxladığından şübhələnirlər.
Report.