Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb.
Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış bina çöküb.
Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.
Report.