Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.
Məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.
Ziya Əmirxanlı
Qafqazinfo.