İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.
Hadisə anbarların birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Report.