Gəncədə iki avtomobil toqquşdu – Xəsarət alanlar var – Foto

Gəncədə iki avtomobil toqquşdu  – Xəsarət alanlar var – Foto

Gəncədə iki avtomobil toqquşub.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Pərviz Hüseynov  ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub.  Qəza nəticəsində “Mercedes” idarəetməni itirərək aşıb.

Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan  sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.