İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İranın Hörmüz boğazından kənarda, Fars körfəzi və Oman körfəzi istiqamətlərində kommersiya gəmilərinə qarşı hücumları genişləndirdiyi bildirilir.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Qətər yaxınlığında “Acers” tankeri, Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında isə “Gem No. 2” supertankeri hücuma məruz qalıb. Hadisələr zamanı gəmilərdə yanğınların baş verdiyi və xəsarət alanların olduğu bildirilib.

Nəşr vurğulayıb ki, hücumlar İranın strateji əhəmiyyətli dəniz marşrutuna nəzarətini gücləndirməyə və region ölkələrinin neft ixracını məhdudlaşdırmağa çalışdığı bir vaxta təsadüf edib.

Ran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından icazəsiz hesab etdiyi marşrutlarla keçən gəmiləri regionun digər ərazilərində də təqib edəcəyi barədə xəbərdarlıq edib. Qurum belə gəmilərə qarşı tədbirlərin yalnız boğazla məhdudlaşmayacağını bəyan edib.

Report.