Bütün dünyanın səbirsizliklə gözlədiyi “GTA 6” (Grand Theft Auto VI) oyunu rəsmi təqdimatından əvvəl oyun sənayesi tarixinin ən böyük rekorduna imza atıb.
Oyun hələ satışa çıxarılmadan ön sifarişlərin (pre-order) sayı 100 milyon həddini keçib.
Məlumata görə, bu inanılmaz göstərici sayəsində “Rockstar Games” şirkəti ön satışlardan təxminən 8 milyard dollardan çox gəlir əldə edib. Analitiklər bu göstəricinin həm kinematoqrafiya, həm də oyun dünyasında görünməmiş bir maliyyə uğuru olduğunu bildirirlər.
Hələ rəsmi buraxılışı reallaşmadan bu cür kütləvi maraq doğuran və analoqu olmayan uğura imza atan “GTA 6” artıq ekspertlər və nüfuzlu mükafat komitələri tərəfindən “İlin Oyunu” (Game of the Year) tituluna layiq görülüb.
Məlumat üçün bildirək ki, noyabrın 19-da “PlayStation” və “Xbox” oyun konsollarında işıq üzü görəcək oyunun istehsal dəyəri 2 milyard dollardan çox qiymətləndirilir. Hazırlıqlarına 2015-ci ildə başlanılan bu nəhəng layihə artıq 11 ildir ki, davamlı olaraq təkmilləşdirilir.