Şəkidə avtoqəza olub, sürücü ölüb

Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Hadisə Şəki-Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.

Report.