Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi – Foto

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi  – Foto

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib.

Hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb.

35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb.

Hadisə qarşılıqlı mübahisə zamanı baş verib. İddialara əsasən, şübhəli şəxs gənc kişiyə soyuq silahla xəsarətlər yetirib. Araz Yusubov aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilib ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.

Qafqazinfo.