Azərbaycan tənzimləyici və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi şərti ilə beynəlxalq biznesin əsas regional platformasına çevrilmək üçün yüksək şanslara malikdir.
Bu barədə KPMG-nin Azərbaycandakı idarəedici tərəfdaşı, KPMG-nin Qafqaz və Mərkəzi Asiya regionunda infrastruktur konsaltinqi təcrübəsinin rəhbəri və tərəfdaşı Vitali Yakovlev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
“Əsas məsələ Azərbaycana investisiyaları necə cəlb etməkdə deyil, ölkəni regional biznes üçün necə platformaya çevirməkdə və bunun üçün nəyin lazım olduğundadır”, – o qeyd edib.
Report.