Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir.
Bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, ölkənin əsas layihələrindən biri məhz Azərbaycan tərəfindən əsası qoyulmuş və idarə olunan “Portonovi” layihəsidir: “Həmçinin, biz çoxtərəfli səviyyədə də beynəlxalq nüfuzumuzu əhəmiyyətli dərəcədə artırmışıq. Hazırda BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının sədri, Avropa Səyahət Komissiyasının vitse-prezidenti və digər vəzifələri tuturuq. Bundan əlavə, Monteneqro Avropa İttifaqının yeni üzvü olmaq yolundadır. Bütün bunlar biznes üçün son dərəcə mühüm olan sabitlik amillərini təmin edir”.