Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.
Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.
Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.