Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.
Həmin sakinlərdən artıq 108 şəxsin məşğulluğu təmin edilib.
O cümlədən 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.
Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılır.

Qafqazinfo.