ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər

ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər

Azərbaycanda fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər.

Bunu İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin (ABİF) İdarə Heyəti sədrinin müavini Murad Abdullayev Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.

“Bankların risk iştahası nəzərə alınmalıdır. Məsələn, bəlli şərtləri hər iki tərəf ödəyəndən sonra daşınar əmlakların girov kimi götürülməsini təmin etmək olar. Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi var və bu yaxınlarda fermerlərin reytinqini müəyyən edəcək. Bəlkə də artıq banklarla bu sahədə danışıqlara başlanılıb. Gələcəkdə fermerlərin reytinqini banklara təqdim edib, təbii ki, kənd təsərrüfatı istehsalçılarının razılığı ilə, onlara qarşı girov tələbini bir qədər yüngülləşdirmək olar”.

Report.