Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir

Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir

Qafqaz xarici güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.

“İndi Qafqaz regionunun hər zamankından daha çox sülhə ehtiyacı var və bu, rəsmi sərhədlərin möhkəmləndirilməsi ilə olmalıdır; təcrübə göstərir ki, regiondankənar güclərin müdaxiləsi təhlükəsizliyin pozulmasına səbəb ola bilər”, – bildirib və Fars körfəzi regionunu örnək gətirib.

Mirzoyan bildirib ki, iki ölkə hökumətlərinin əməkdaşlığı bu məsələnin daha da möhkəmlənməsinə səbəb olur:

“Dostluqlar və davamlı əlaqələr problemlər zamanı bir yerdə olmaqdan yaranır; əslində, çətin günlərdəki dostluq əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur.

Region ölkələri nəqliyyat, enerji, infrastruktur və s. sahələrində misilsiz imkanlara malikdirlər, buna görə də əməkdaşlığımızı genişləndirməli və inkişaf etdirməliyik. Bu səbəbdən Ermənistan qonşuları ilə kommunikasiya xətlərini inkişaf etdirmək niyyətindədir”.

Xatırladaq ki, Mirzoyan İranda səfərdədir. Bundan əvvəl o, iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Report.