Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir – Araz, Damla və Xəzər!

Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir  – Araz, Damla və Xəzər!

Onlar sadəcə maskot deyil, ən kiçik həvəskarlardan peşəkar idmançılara qədər hər kəsin qəlbindəki suya olan sonsuz sevginin simvoludurlar.

Qəhrəmanlarımızın məqsədi suya qənaətin önəmini bir daha vurğulamaq, həmçinin Xəzər dənizinin səviyyəsinin azalmasını diqqətdə saxlamaqdır.

Su həyatdır, ona görə gəlin suyu və Xəzərimizi birlikdə qoruyaq! 

Qeyd edək ki, maskotlarımızla Dünya Kuboku çərçivəsində tanış olmaq mümkün olacaq.

“İpək Yolu” (The Silk Road Tour) Dünya Kuboku

1-3 oktyabr

Su İdmanı Sarayı

Biletlər: iTicket.az 

Qafqazinfo.