Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb

Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb

Türkiyənin 21 vilayətində qanunsuz vergi geri ödəmələri əldə edən 155 şirkətə qarşı əməliyyat keçirilib.

Həmin şirkətlərin saxta sənədlər hazırlayaraq ədalətsiz vergi geri ödəmələri aldığı müəyyən edilib.

Keçirilən əməliyyatla 52 nəfər saxlanılıb, onlardan 31-i haqqında həbs qətimkan tədbiri seçilib. Qanunsuz əldə edilən vergi ödə ələrinin ümumi həcminin 31 milyard 300 milyon 142 min 753 lirə (təxminən 1 milyard 3 milyon manat) olduğu üzə çıxarılıb.

Report.