Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib.
Bağçalı 2009-cu il oktyabrın 3-də “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinin türk dünyasında çoxtərəfli əməkdaşlığın institusional əsaslarının formalaşması baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib.
O qeyd edib ki, 2021-ci ildə şuranın adının Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirilməsi ilə türk dünyasındakı əməkdaşlıq daha geniş institusional xarakter alıb.
Report.