Bu ərazidə işıq olmayacaq – Xəbərdarlıq

Bu ərazidə işıq olmayacaq  – Xəbərdarlıq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.

“Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, – deyə məlumatda qeyd edilib.

Qafqazinfo.