ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi – red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib.
Ağ Ev lideri bunu “CNN Türk” jurnalistinin müvafiq sualına cavab olaraq bildirib.
“CAATSA ilə bağlı problem yoxdur. Türkiyəni sevirəm. Prezident Ərdoğan (Türkiyə Prezidenti, Rəcəb Tayyib – red.)dostumdur. Hər zaman Ərdoğanı sevindirəcək şeyi edərəm”, – Tramp deyib.
Report.