İlham Əliyev: Gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat nəzərdə tutulur

İlham Əliyev: Gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə:

“Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq”.

İlham Əliyev vurğulayıb ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O bildirib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.

Report.