Lerikdə qəza – 3 nəfər yaralandı

Lerikdə qəza  – 3 nəfər yaralandı

Lerikdə yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Blaband kəndində qeydə alınıb.

Belə ki, Sadiq Novruzovun idarə etdiyi “Niva” markalı maşın və “UAZ” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Niva”da olan 3 nəfər xəsarət alıb.

Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bağırovun xəsarəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona kəllə-beyin travması diaqnozu təyin edilib. Müalicəsi xəstəxanada davam etdirilir.

Qafqazinfo.