“Radius” “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını – Qurban Qurbanova həsr edir – Foto

“Radius” “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını  – Qurban Qurbanova həsr edir – Foto

“Radius” ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını təqdim edir.

2026 kolleksiyası Azərbaycan futbolunda silinməz iz qoymuş, qazandığı nailiyyətlərlə ölkə futbolunun müasir tarixində xüsusi yer tutan Qurban Qurbanova həsr olunub.

Layihə “Qarabağ” Futbol Klubunun dəstəyi ilə həyata keçirilir. 2026 kolleksiyası üçün “Radius” tərəfindən Qurban Qurbanovun imzasını daşıyan xüsusi dizaynlı futbol topu hazırlanıb. Bu top sadəcə futbol atributu deyil. O, Azərbaycan futbolunda qazanılmış böyük uğurların, illərlə formalaşmış dəyərlərin və milyonlarla azarkeşi birləşdirən qürur hissinin rəmzidir. “Canlı əfsanələr” kolleksiyası bu dəyərləri yaşatmaq və gələcək nəsillərə çatdırmaq ideyasını daşıyır.

Layihə çərçivəsində məhdud tirajla hazırlanmış xüsusi futbol topları noyabrın sonunadək “Radius” tərəfindən müştərilərinə təqdim ediləcək.

Qurban Qurbanov “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasının ilk qəhrəmanıdır. “Radius” layihəni növbəti illərdə Azərbaycanın tarixində və cəmiyyətində xüsusi iz qoymuş digər görkəmli şəxsiyyətlərə həsr olunan yeni kolleksiyalarla davam etdirməyi nəzərdə tutur.

Canlı əfsanələr

2026 kolleksiyası – Qurban Qurbanov

Bir əfsanə.Bir imza.Bir iz.

Qafqazinfo.