Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək

Türkiyə yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərərək krallıqdakı hərbi mövcudluğunu artırmağı planlaşdırır.

Qeyd olunub ki, Türkiyə 2025-ci ildən etibarən Səudiyyə Ərəbistanında onun kritik əhəmiyyətli infrastrukturunun qorunması məqsədilə texniki qruplar, hava hücumundan müdafiə vasitələri və elektron müharibə sistemləri yerləşdirir.

Odur ki, Türkiyə 2010-cu ildə imzalanmış ikitərəfli saziş əsasında texniki məqsədlərlə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərə bilər. Hərbi mövcudluğun genişləndirilməsi üçün isə Türkiyə parlamentinin razılığı tələb olunur.

Türkiyə parlamentinin müvafiq mandatı oktyabr ayı ərzində təsdiqləyəcəyi gözlənilir. Bundan sonra Səudiyyə Ərəbistanına xüsusi təyinatlılar, pilotlar və təyyarələr göndərilə bilər. “Biz böyük sayda hərbçi göndərməyi və Yəməndəki vəziyyətə birbaşa müdaxilə etməyi planlaşdırmırıq”, – deyə Türkiyənin yüksək vəzifəli rəsmilərindən biri “Middle East Eye”a bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, Məkkə alyansının – Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirak etdiyi təhlükəsizlik formatının üzvləri birgə müdafiə öhdəliklərinin praktiki şəkildə həyata keçirilməsinə və Səudiyyə Ərəbistanı ərazisində hərbi qüvvələrin yerləşdirilməsinə dərhal başlanılması barədə qərar qəbul ediblər.

Report.