Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb

Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb

Türkiyənin Kahramanmaraş şəhəri daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 39 şübhəli saxlanılıb.

Araşdırmalar çərçivəsində təşkilatın fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Kahramanmaraşla yanaşı İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib:

“Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha bir şəxsin isə xaricdə olduğu müəyyən edilib”.

Report.