Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb

Konqoda Eboladan ölənlərin sayı 3,9 min nəfəri ötüb

Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 8 mini ötüb.

İctimai Səhiyyə İnstitutunun son hesabatına görə, yoluxma hallarının sayı 8 067, ölüm hallarının sayı isə 3 901 təşkil edir.

Ebola virusunun Bundibuqyo ştamının səbəb olduğu epidemiya yayılma miqyasına görə 2018-2020-ci illərin dalğasını geridə qoyaraq, Konqo tarixində ən genişmiqyaslı və ölümcül epidemiya olub.

Report.