AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşıb

AQC: Son 1 ildə Bakının bütün rayonlarında mənzillər bahalaşıb

Son 1 ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyindən bildirilib.

Qurumun apardığı hesablamalar zamanı əvvəlki bazar göstəriciləri, son 12 ayda formalaşmış qiymət artımı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmir və planlaşdırma vəziyyəti, sənədləşmə və infrastruktur, rayonlar üzrə əhalinin sayı əsas amillər nəzərə alınıb.

Hazırda paytaxtın rayonlar üzrə mənzillərin bir kvadratmetrinin ortalama maksimum, orta və minimum qiymətləri aşağıdakı kimidir:

№

Rayon

Maksimum, AZN/m²

Orta, AZN/m²

Minimum, AZN/m²

1

Nəsimi

6 546

3 724

2 890

2

Səbail

6 077

4 132

2 162

3

Nərimanov

5 076

3 870

2 867

4

Xətai

4 838

3 343

1 781

5

Yasamal

4 171

3 361

2 675

6

Sabunçu

3 930

3 248

2 240

7

Nizami

3 743

2 701

2 083

8

Binəqədi

3 265

2 540

1 832

9

Qaradağ

2 430

2 028

1 266

10

Suraxanı

2 418

1 996

1 425

11

Xəzər

2 358

1 628

1051

12

Pirallahı

1 758

1 452

1022

Beləliklə, əhalinin faktiki sayı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmiri, planlaşdırma vəziyyəti, sənədi, infrastruktur əlçatanlığı, həmçinin rayonlar üzrə tikilmiş binaların həcmi nəzərə alaınmaqla paytaxt üzrə mənzil qiymətlərinin ortalama göstəriciləri aşağıdakı kimidir:

Bakı şəhəri üzrə mənzillərin ortalama qiymətləri

AZN/m²

Maksimum

4015

Orta

2 934

Minimum

2026

Report.