Paytaxtda qaydaları davamlı şəkildə pozaraq, digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü saxlanılıb.
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Qafqazinfo.