Moskva yaxınlığında vətəndaşların köləliyə məcbur edilməsi işi üzrə saxlanılanlar zərərçəkənləri silah və elektroşokerlə hədələyiblər.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
Şübhəlilər Ramenskidə üçmərtəbəli fərdi ev kirayələyərək onu “işçi evi” kimi istifadə ediblər. Onlar, o cümlədən xarici vətəndaşlar arasında çətin vəziyyətə düşən şəxsləri taparaq onlara qalmağa yer və yemək təmin etməklə iş təklif ediblər. Təklifi qəbul edən şəxslərin sənədləri və telefonları əllərindən alınıb. Daha sonra onlar silah və elektroşok cihazlarından istifadə etməklə hədələnərək müxtəlif kommersiya obyektlərində rəsmi əmək müqaviləsi olmadan işləməyə məcbur ediliblər.
“Çox vaxt bu əməyin haqqı minimum səviyyədə ödənilirdi, görülən işlərdən əldə olunan əsas gəliri isə cinayətkarlar özlərinə götürürdülər”, – o deyib.