Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.
Sərgilər çərçivəsində müdafiə sənayesi sahəsində müasir silah sistemləri, zirehli texnikalar, pilotsuz uçuş aparatları və kibertəhlükəsizlik avadanlıqları nümayiş etdirilib.
Hər iki sərgidə ümumilikdə 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edib.
İştirakçılar müxtəlif ölkələrin hərbi-texniki potensialını əks etdirən stendlərlə çıxış ediblər.
Sərgi müddətində nümayəndə heyətləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, hərbi-texniki sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Report.