Azərbaycan və Türkiyə müdafiə nazirləri “ADEX 2026” sərgisini ziyarət ediblər

Azərbaycan və Türkiyə müdafiə nazirləri “ADEX 2026” sərgisini ziyarət ediblər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi haqqında qonaqlara geniş məlumat verilib. Burada “ADEX 2026” sərgisiylə yanaşı olaraq həmçinin “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də fəaliyyət göstərir.

Report.