Ukrayna Avropa Şurası İnkişaf Bankından və İtaliyadan 50 milyon avro alıb

Ukrayna Avropa Şurası İnkişaf Bankından və İtaliyadan 50 milyon avro alıb

Ukrayna Avropa Şurası İnkişaf Bankının “HOME: Dağıdılmış mənzillərə görə kompensasiya” layihəsi çərçivəsində 50 milyon avro alıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bu məbləğin 25 milyon avrosu Avropa Şurası İnkişaf Bankı tərəfindən təqdim edilib, qalanı isə İtaliya hökumətinin maliyyə dəstəyi ilə təmin olunub.

HOME layihəsinin əlavə maliyyələşdirilməsi haqqında çərçivə sazişi 2026-cı il iyunun 26-da Qdanskda Ukraynanın bərpasına dair URC-2026 konfransı zamanı imzalanıb.

Yeni maliyyələşdirmə paketinin ümumi məbləği 100 milyon avro təşkil edir ki, bunun da 50 milyon avrosunu İtaliya hökuməti Avropa Şurası İnkişaf Bankı mexanizmi vasitəsilə təmin edir.

Report.