Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Onun ölüm səbəbi barədə məlumat verilmir.
Daha əvvəl mediada onun xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Kaşpirovski 1980-ci illərin sonlarında “Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları” televiziya verilişləri sayəsində şöhrət qazanıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya və hipnoz seansları keçirir, ekran vasitəsilə tamaşaçıların vəziyyətinə təsir göstərməyin mümkün olduğunu bildirirdi.
Report.