Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib.

Axtarış-xilasetmə əməliyyatları və yanğının fəsadlarının aradan qaldırılması başa çatıb.

Yanğın oktyabrın 1-də axşam Sergiyev Posad şəhər dairəsində zavodun istehsalat binalarından birində baş verib. Yanğın 1 000 kvadrat metr ərazini əhatə edib, 2 000 kvadrat metr ərazidə isə struktur çökməsi baş verib.

Binadan 40 nəfər təxliyə edilib.

Report.