Türkiyədə baş verən qəzada üç nəfər ölüb

Türkiyədə baş verən qəzada üç nəfər ölüb

Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ölümlə nəticələnən ağır qəza baş verib.

Hadisə magistralın Kocaeli vilayətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, idarəetmədən çıxan minik avtomobili tunelin divarlarına çırpılıb. Nəticədə avtomobildə olan dörd nəfərdən üçü ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Report.