Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.
Kənd sakini Səbinə Cəfərova bıçaq xəsarətləri ilə Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.
Hadisəni törətməkdə qadının həyat yoldaşı Məhəmmədəli Cəfərov şübhəli bilinir.
Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Qafqazinfo.