“Rosatom” rusiyalı mütəxəssisləri İrandakı “Buşehr” AES-ə qaytarır

“Rosatom” rusiyalı mütəxəssisləri İrandakı “Buşehr” AES-ə qaytarır

“Rosatom” Dövlət Korporasiyası rusiyalı mütəxəssislərin İrandakı “Buşehr” atom elektrik stansiyasına (AES) qaytarılmasına başlayıb.

Bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçov deyib.

“Biz mütəxəssislərin inşası davam edən “Buşehr” AES-in meydançasına qaytarılmasına başlamışıq, mühəndis-texniki heyətdən olan ilk 5 nəfər qəsəbəyə gedib və öz iş tapşırıqlarının icrasına başlayıblar”, – A. Lixaçov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında münaqişənin növbəti eskalasiyası baş verməyəcəyi təqdirdə, onlarla işçidən ibarət bir neçə qrupun yaxın iki həftə ərzində göndərilməsi planlaşdırılır.

“Əgər hər şey yaxşı olsa, artıq payızda layihədəki heyətimizin sayını 100 nəfərə çatdıracağıq. Əlbəttə, planlarımızda əvvəllər İslam Respublikasından təxliyə edilmiş bütün mütəxəssisləri mümkün qədər tez qaytarmaq var. Lakin müharibədən əvvəlki parametrlərə qayıdış yalnız ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə yekun razılaşmaların təsdiqlənməsindən sonra mümkündür”, – A.Lixaçov vurğulayıb.

Beləliklə, “Buşehr” AES-də rusiyalı mütəxəssislərin ümumi sayı 25 nəfərə çatıb.

Report.