Kamçatkada Asaça qızıl yatağında balonun partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Bu barədə regional İstintaq Komitəsindən məlumat verilib.
Yelizovo şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.
“İlkin məlumatlara görə, tikinti meydançasında podratçı təşkilat tərəfindən qaynaq işləri aparılarkən propan balonu partlayıb”, – Kamçatka diyarı prokurorluğundan bildirilib.
Report.