İranda qəhvəxanaya silahlı hücum olub, ölənlər var

İranın Zəhədan şəhərində silahlı insident qeydə alınıb, iki nəfər ölüb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Peugeot 405″ markalı minik avtomobilində olan silahlı şəxslər Zəhədanın Şəhid Məzari bulvarındakı qəhvəxanaya daxil olaraq 2 nəfəri atəşə tutublar”, – məlumatda bildirilib.

Gülləyə tuş gələn iki nəfərin öldüyü qeyd olunur.

Report.