İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Bu barədə ölkənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbətəbai məlumat verib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədrin istefası və yeni vəzifəyə təyin olunması ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Möhsün Rzayi şuranın katibi təyin edilib.