İran Məclisinin komitəsi ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüzdən keçməsini qadağan edib

İran Məclisinin komitəsi ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüzdən keçməsini qadağan edib

İran Məclisinin (birpalatalı parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunmasına dair yeni qanun layihəsini təsdiqləyib.

Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

“Parlamentin Milli Təhlükəsizlik Komitəsində “Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsi təsdiqlənib”, – deyə məlumatda qeyd olunub.

Report.