İcra başçısının sürücüsü qəzada öldü

İcra başçısının sürücüsü qəzada öldü

Zaqatalada ağır yol qəzası baş verib. 

Hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı “Opel” və “VAZ-2199” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2199″un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb. 

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.