Füzuli rayonunda minik avtomobili ağaca çırpılıb.
“Hyundai” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı şam ağacına çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü və 2 sərnişini xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı

Qafqazinfo.