Hacı Zeynalabdin qəsəbəsində usta köməkçisi damdan yıxılaraq ölüb

Hacı Zeynalabdin qəsəbəsində usta köməkçisi damdan yıxılaraq ölüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birində 2007-ci il təvəllüdlü İsmayılzadə Elnur Vidadi oğlu usta köməkçisi işlədiyi müəssisədə iş görərkən damdan yıxılıb.

Ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Report.