Dünyadakı quşlar müxtəlif mahnılar oxusalar da, hamısı eyni 8 əsas səs növündən istifadə edir.
Bu barədə tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.
Belə ki, Fransa və ABŞ alimləri 3160 sərçəkimilər növünün 117 minə yaxın səs yazısını təhlil edərək bu qənaətə gəliblər.
İnsan nitqindəki hecalara bənzəyən bu səslərə müxtəlif sürətli cəvəlləmələr, fitlər və harmonik notlar daxildir. Bir quş növü ortalama 4-5 səs tipini kombinasiya edir.
Alimlər müəyyən ediblər ki, səs seçimi quşun yaşadığı mühitdən və bədən ölçüsündən asılıdır. Sıx tropik meşələrdə uzağa çatması üçün sadə fitlər, mülayim iqlimdə isə daha mürəkkəb və sürətli səslər üstünlük təşkil edir. İri quşlar sadə, kiçik quşlar isə daha sürətli və mürəkkəb səslər çıxarmağa meyillidir.