Bu 3 faktor demensiyanı 13 il gecikdirir

Bu 3 faktor demensiyanı 13 il gecikdirir

Orta yaşlarda siqaretdən imtina etmək, qan təzyiqini və şəkərin səviyyəsini normada saxlamaq demensiyanın yaranmasını ortalama 13 il ləngidə bilər.

Nyu-York Universitetinin alimləri 12 mindən çox şəxsi 26 il boyunca müşahidə edərək bu qənaətə gəliblər.

Tədqiqatçılar xüsusilə yüksək təzyiqin beyin damarlarına ciddi zərər vurduğunu bildiriblər.

Mütəxəssislər yaddaş problemlərini gözləmədən, artıq 45 yaşından etibarən bu üç faktora nəzarət etməyi tövsiyə edirlər.

Qafqazinfo.