Bilgəhdə çimərlikdə meyit tapıldı

Bilgəhdə çimərlikdə meyit tapıldı

Sabunçu rayonunda çimərlikdə naməlum kişi meyiti tapılıb.

Hadisə bu gün saat 01 radələrində Bilgəh qəsəbəsinin ərazisində yerləşən çimərlikdə baş verib.

Oradan 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

Qafqazinfo.